Azərbaycan millisində yeni təyinat

ESTAFET/ Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandasına baş məşqçi təyinatı olub.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Səbuhi Zülfüqarov millidə baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Daha əvvəl Elnur Amanov U-21-in baş məşqçisi, Zahid Məmmədov isə böyük məşqçi təyin edilib.

Müəllif: Natiq NƏSİROV