Azərbaycan İdman Akademiyasında Buxara Dövlət Universitetinin rektoru ilə görüş keçirilib

Yanvrın 18-də Azərbaycan İdman Akademiyasında Buxara Dövlət Universitetinin rektoru professor Obidjon Həmidov ilə görüş keçirilib.

Görüş zamanı qonağa Azərbaycan İdman Akademiyasının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasına baxış keçirilib, Obidjon Həmidov hər iki laboratoriyanın fəaliyyət istiqaməti barədə məlumatlandırılıb.

Buxara Dövlət Universitetinin rektoruna Azərbaycan İdman Akademiyasının təlim-tədris fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat fəaliyyəti müzakirə olunub.

Görüşün sonunda iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və Buxara Dövlət Universitetinin rektoru professor Obidjon Həmidov imzalayıb.

Memoranduma əsasən, müəllim-tələbə mübadiləsi, yay məktəbləri və konfransların təşkili, elmi-tədqiqatların aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Müəllif: Bəhruz MƏMMƏDOV