NAZİRLİKDƏ DÇ MÜKAFATÇILARI İLƏ GÖRÜŞ

ESTAFET/ Bu gün Gənclər və İdman Nazirliyində boks, cüdo və güləş üzrə geridə qalan Dünya çempionatlarında mükafat qazanan idmançılarla görüş keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev, federasiya rəsmiləri, yığmaların məşqçilər korpusu və idmançılar iştirak ediblər.


Fərid Mansurov mundialda boksçularımızın çıxışını uğurlu adlandırıb. O, üçqat dünya çempionu tituluna yiyələnən boksçu Məhəmmədrəsul Məcidova və sərbəst güləşçi Hacı Əliyevə prezident təqaüdü təyin edilməsini vurğulayıb.


Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev bildirib ki, idmançılarımız davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər.