Azərbaycan çempionatına yekun vurulub
25-26 yanvar tarixlərində keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günündə kişi atletlər qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər.
55 kq çəki dərəcəsində Səid Mahmudov toplamda 171 kq, 61 kq çəki dərəcəsində Amin Osmanov toplamda 231 kq, 67 kq çəki dərəcəsində Tehran Məmmədov toplamda 277 kq, 73 kq çəki dərəcəsində İsa Rüstəmov toplamda 328 kq, 81 kq çəki dərəcəsində Elxan Əliquluzadə toplamda 325 kq, 89 kq çəki dərəcəsində Nurlan Rəsulov toplamda 330 kq, 96 kq çəki dərəcəsində Nurlan Məmmədzadə toplamda 290 kq, 102 kq çəki dərəcəsində Məmməd Əhmədzadə toplamda 282 kq, +109 kq çəki dərəcəsində Azər Məmmədli toplamda 330 kq (150 kq+ 180 kq) nəticə göstərərək çempion adını qazanıblar.
Ölkə miqyaslı yarışın ən yaxşı kişi idmançısı adını İsa Rüstəmov qazanıb. Ən yaxşı qadın idmançı adına isə Rahilə Hüseynova layiq görülüb.
Azərbaycan çempionatının yekunlarına əsasən ən yaxşı kişi və qadın komandalarının da adlarına aydınlıq gəlib:
Kişi komandaları
1-ci yer: Qazax
2-ci yer: Lənkəran
3-cü yer: Abşeron
Qadın komandaları:
1-ci yer: Qazax
2-ci yer: Lənkəran
3-cü yer: İsmayıllı
Qeyd edək ki, Azərbaycan çempionatında ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.