MİLLİYƏ MÜVƏQQƏTİ BAŞ MƏŞQÇİ TƏYİN EDİLDİ
ESTAFET/ Məşqçilər Komitəsinin təklifinə əsasən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub.
Bu müddət ərzində milli yığmamız Almaniya ilə oktyabrın 6-da səfərdə oynayacaq. Noyabrın 9-u Almaniya, 15-i isə Kosova Bakıda millimizin qonağı olacaq.
Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.