"Şahdağ"da keçirilən Heydər Əliyev Kubokunda 50 uşaq xizək üzrə mübarizə etdi

"Şahdağ" Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kubokunda uşaqlar arasında həvəskar xizək yarışı başa çatıb. Yarışda müxtəlif yaş kateqoriyalarında olan 50 uşaq birincilik uğrunda mübarizə aparıb.
Yarışın nəticələri
6-8 yaşlı oğlanlar arasında
- Dmitri Petrenko – Azərbaycan
- Loçlan Hoqq – Böyük Britaniya
6-8 yaşlı qızlar arasında
- Hanna Makkennel – Böyük Britaniya
- Nurlana Abdulova – Azərbaycan
- Mariya Podqornaya – Azərbaycan
9-12 yaşlı oğlanlar arasında
- Nurəddin Nəzirov – Azərbaycan
- Raul Mədətov – Azərbaycan
- Antoni Skalabre – Fransa
9-12 yaşlı qızlar arasında
- Lea Makkennel – Böyük Britaniya
- Əminə Əhmədova – Azərbaycan
- İren Cavadova – Azərbaycan
13-17 yaşlı oğlanlar arasında
- Amin Şıxov – Azərbaycan
- Yusif Kiçikbəyov – Azərbaycan
- Panke Karl-Leo – Almaniya
13-17 yaşlı qızlar arasında
- Nurel Hacıbəyli – Azərbaycan
- Liliya Podqornaya – Azərbaycan
- Zemfira Əlixanbəyova – Azərbaycan
Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub. Onlara həmçinin müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Kubokunun növbəti mərhələsi fevralın 2-də müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında davam edəcək.
