Paris Böyük Dəbilqəsi: Azərbaycan cüdoçuları qızıl və bürünc medal əldə etdi

1 fevralda Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıblar.

Kişilər arasında -66 kq çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək qızıl medal qazanıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerdə qərarlaşıb.

-73 kq çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Müəllif: Natiq NƏSİROV