Hidayət Heydərov “İlin kişi cüdoçusu” adına layiq görüldü

Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.
Mükafatlandırma mərasimində çıxış edən Hidayət Heydərov bu uğurun yalnız ona deyil, bütün Azərbaycan xalqına məxsus olduğunu bildirib:
“Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm.”
Qeyd edək ki, Hidayət Heydərov bu il beynəlxalq arenada bir sıra uğurlu nəticələr əldə edib və dünya cüdosunun ən güclü idmançılarından biri kimi tanınır. Bu mükafat onun yüksək səviyyəli çıxışlarının və Azərbaycan cüdosunun inkişafına verdiyi töhfənin göstəricisidir.
