Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqə turnirində 3 medal qazandı -
Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqə turnirində 3 medal qazandı

1-2 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.

İlk yarış günü -66 kq çəkidə Ruslan Paşayev qızıl, -73 kq çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.

İkinci yarış günündə -81 kq. çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.

-100 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb.

Müəllif: Natiq NƏSİROV