128-DƏN 8-İ QALDI: DK-2017

ESTAFET/ Xəbər verdiyimiz kimi, gürcü paytaxtı Tbilisidə şahmat üzrə Dünya Kuboku davam edir. Dünya Kubokunda mübarizəyə başlayan 128 şahmatçıdan 120-si artıq Tbilisini tərk edib və yarışları tamaşaçı kimi izləyir. Təəssüf ki, mübarizəni dayandıranlar arasında Azərbaycanın hər iki təmsilçisi də yer alıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Kubokla ikinci mərhələdən vidalaşıblar.

 

Bugündən etibarən yarışda 1/4 final mərhələsinin görüşləri başlayacaq. Bu mərhələdə aşağıdakı qarşılaşmalar baş tutacaq.

 

Rixard Rapport (HUN) - Din Lijen (CHN)

Uesli So (USA) - Vladimir Fedoseyev (RUS)

Pyotr Svidler (RUS) - Maksim Vaşye-Laqrav (FRA)

Levon Aronyan (ARM) - Vasiliy İvançuk (UKR)

 

Xatırladaq ki, Dünya Kubokunda finala çıxacaq 2 şahmatçı İddialılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.