Azərbaycan İdman Akademiyasının magistrantları Böyük Britaniyada təhsil alacaq

Azərbaycan İdman Akademiyasının 2024/2025-ci tədris ilində magistratura təhsil səviyyəsinin “İdman menecmenti” (tədris ingilis dilində) ixtisaslaşmasının 6 tələbəsi ikili diplom proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Koventri Universitetində davam etdirmək imkanı əldə edib.

Magistrantlarla görüşən Akademiya rəhbərliyi tələbələri bu münasibətlə təbrik edərək onlara təhsillərində uğurlar arzu edib. Həmçinin görüşdə Akademiyada tələbələr üçün yaradılan bu unikal təhsil imkanının üstünlükləri, gələcək perspektivlər, qazanılacaq beynəlxalq təcrübə və qlobal əmək bazarına uyğun səriştələrə yiyələnmək haqqında ətraflı danışılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV