BUNDESLİQANIN ƏN SÜRƏTLİ 10 FUTBOLÇUSU - VİDEO
ESTAFET/ Almaniya Bundesliqanın rəsmi YouTube kanalı çempionatın ən sürətli 10 futbolçusunu təqdim edib. Reytinqin ilk sırasına "Bayer"in yarımmüdafiəçisi Kərim Bellarabi saatda 35,27 km sürətlə başçılıq edir. Onu "Auqsburq"lu Marsel Xeller (35,16 km/saat) və "Hoffenhaym"dan Niko Şults (35,11 km/saat) izləyir.
Bunlardan başqa "onluq"da Kevin Foqt ("Hoffenhaym", 35,09), Mettyu Leki ("Herta", 35,04), Timo Verner ("Leypsiq", 35,02), Kinqsli Koman ("Bavariya", 35,00), Bernardo ("Leypsiq", 34,98), Deotşankyul Yupamekano ("Leyspiq", 34,85) və Levin Öztunalı ("Maynts", 34,83) yer alıblar.