Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tur yekunlaşıb

8 fevral Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura "B" qrupunda keçirilmiş iki oyunla yekun vurulub.

Günün ilk oyununda "Lənkəran" doğma azarkeşləri önündə 97-98 hesabı ilə "Ordu" klubuna məğlub olub. Turun son görüşü Gəncədə "B" qrupunun liderləri arasında baş tutub. Yerli komanda "Gəncə", "Şəki" üzərində 91-77 hesablı rahat qələbə qazanıb və "B" qrupunda liderliyə yüksəlib.

Geridə qalmış 14 turdan sonra  "A" qrupuna "Sabah", "B" qrupuna isə "Gəncə" klubu liderlik edir.

Müəllif: Məsim MƏSİMZADƏ