Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

Bu gün Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçirilib. Ölkəmizi turnirdə K44 kateqoriyasında təmsil edən parataekvondoçumuz Orxan Cəfərov (80 kq) bürünc medal qazanıb.

Yarışa 1/8 finaldan start verən O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV