NEYMARIN TƏQDİMATINI BRAZİLİYADA NEÇƏ ADAM İZLƏYİB?

ESTAFET/ PSG-nin prezidenti Nasser Əl-Xelaifi "Barselona"nın keçmiş hücumçusu Neymarın onun klubunun futbolçusu kimi rəsmi təqdimetmə mərasiminin Braziliyada neçə nəfər tərəfindən izləndiyini öyrəndiyi zaman çox təsirləndiyini bildirib. 

 

"Mən Globo TV-nin sahibi ilə danışdım. Məndən Braziliyada Neymarın təqdimatını neçə adam izlədiyini soruşdu. Əvvəlcə 5 milyon, sonra isə 10 milyon rəqəmini söylədim. Bu zaman o, təqdimatın 85 milyon insan tərəfindən izləndiyini dedi. Bu möhtəşəmdi. Axı söhbət yalnız oyunçunun təqdimat mərasimindən gedir" deyə Əl-Xelaifi bildirib.