Kişi voleybolçuların Yüksək Liqasında gərgin X tur qarşılaşmaları

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Bu gün GİN-nin Voleybol Mərkəzində X turun iki qarşılaşması baş tutub. MOİK “Gənclər”lə, “Neftçi” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib.
Turun ilk qarşılaşmasında Cavid Süleymanovun komandası 3:1 hesabı ilə “Gənclər”i məğlub edib. “Neftçi” və “Xilasedici” oyunu isə gərginliyi ilə yadda qalıb. Bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” komandası 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib.
Qeyd edək ki, X turun son oyunu sabah keçiriləcək. GİN-nin Voleybol Mərkəzində “Murov Az Terminal” və “AZERRAIL” komandaları üz-üzə gələcəklər.
Oyunların nəticələri
Yüksək Liqa (kişilər)
12 fevral
X tur
MOİK - “Gənclər” 3:1 (25:21, 25:23, 21:25, 25:15)
“Neftçi” - “Xilasedici” 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)
13 fevral
X tur
16:00. “Murov Az Terminal” - “AZERRAIL”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
CBC Sport (canlı)
