Taekvondoçularımız Türkiyə Açıq Turnirində bürünc medallar qazandılar

Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq (Turkish Open) beynəlxalq taekvondo turnirində milli komandamızın üzvləri uğurlu çıxış ediblər.
Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medal qazanıblar.
Medala gedən yolda Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
İdmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq!
