Yeniyetmə taekvondoçularımız “Fujairah Open” turnirində 6 medal qazandı

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” beynəlxalq taekvondo turnirində yeniyetmələrdən ibarət milli komandamız uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Qızıl medal qazananlar:
Elmira Bayrak (41 kq)
Fuad Həsənov (+65 kq)
Gümüş medal:
Fidan Muxtarzadə (29 kq)
Bürünc medal qazananlar:
Mədinə Aslanlı (29 kq)
Rüqəyya Əliyeva (33 kq)
Elmir Səlimov (53 kq)
İdmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq!
