Teymur Rəcəbov səhhətindəki problemlərə görə ölkə çempionatını tərk edir

ESTAFET/ Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə əlaqədar Ölkə Çempionatında mübarizəni davam etdirməyəcək.
Rəcəbov bu barədə çempionatın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayaraq sağlamlığında yaranan problemlə bağlı 3-cü yer uğrunda oyunlarda iştirak edə bilməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.
Şahmatçımıza tezliklə sağalmasını və gələcək yarışlarda uğurlar qazanmasını arzulayırıq!
