Humay Dadaşovadan möhtəşəm qələbə - “Turkish Open”də qızıl medal!

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) Azərbaycanın gənclərdən ibarət milli komandası daha bir uğura imza atıb.

46 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Humay Dadaşova turnir boyunca bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bu qələbə Azərbaycanın taekvondo üzrə beynəlxalq arenada güclü mövqeyə sahib olduğunu bir daha sübut edib.

Humay Dadaşovanın çempionluğu milli komandamız üçün böyük uğurdur və idmançımızın gələcək yarışlarda daha böyük nailiyyətlər əldə edəcəyinə inamı artırır.

Qeyd edək ki, “Turkish Open” dünyanın müxtəlif ölkələrindən güclü taekvondoçuların iştirak etdiyi nüfuzlu turnirlərdən biridir.

Müəllif: Bəhruz MƏMMƏDOV