Azərbaycan şahmat çempionatında finalçılar arasında gərginlik artır

Şahmat üzrə Azərbaycan çempionatı sona yaxınlaşır. Fevralın 15-də ölkə çempionatının qalibi məlum olacaq.

Bu gün keçirilən partiyalarda üç tay-brek görüşünün olacağı dəqiqləşib.

Kişilərin çempionatı
Final

Rauf Məmmədov - Şəhriyar Məmmədyarov 0,5:0,5 (ümumi hesab 1:1)

Qadınların çempionatı
Final

Gövhər Beydullayeva - Günay Məmmədzadə 0:1 (ümumi hesab 1:1)

3-cü yer uğrunda görüş

Gülnar Məmmədova - Ülviyyə Fətəliyeva 1:0 (ümumi hesab 1:1)

Müəllif: Natiq NƏSİROV