Azərbaycanlı kiçik yeniyetmə taekvondoçular “Fujairah Open”də uğur qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində keçirilən “Fujairah Open” beynəlxalq turnirində kiçik yeniyetmələr arasında baş tutan yarışlarda Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.

“Mübariz” taekvondo klubunun yetirməsi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman” taekvondo klubunun təmsilçisi Fateh Sultanlı (40 kq) isə bürünc medal qazanıb.

Bu nəticə Azərbaycan taekvondoçularının beynəlxalq arenada uğurlarını davam etdirdiyini bir daha göstərir.

Müəllif: Bəhruz MƏMMƏDOV