Rüstəm Məmmədov Balkan çempionatında qızıl medal qazandı

Serbiyanın paytaxtı Belqradda keçirilən atletika üzrə qapalı məkanda Balkan çempionatında Azərbaycan idmançısı Rüstəm Məmmədov möhtəşəm qələbə qazanıb.
Üç təkanla tullanma növündə çıxış edən atletimiz 16.30 metr nəticə göstərərək 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb və qızıl medalın sahibi olub.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançısı Nazim Babayev 2020-ci ildə bu yarışda çempion olmuşdu.
Azərbaycan çempionatı 6 atletlə təmsil olunur və idmançılarımızın mübarizəsi davam edir.
