NBA “All Star”ın qalibi müəyyənləşib

ESTAFET/ NBA tarixində 74-cü dəfə keçirilən “All Star”ın qalibi müəyyənləşib.
Finalda əfsanəvi basketbolçular Şakil O`Nilin “Şaq” və Çarls Barklinin “Çak” komandaları üz-üzə gəliblər. İkincilərin heyətində Türkiyə millisinin basketbolçusu Alpərən Şəngün də yer alıb. Rəqibini 41:25 hesabı ilə məğlub edən “Şaq” kollektivi yeni formatda təşkil olunan turnirin çempionu olub.
ABŞ-ın “Hyuston Rokets” komandasında çıxış edən Şəngün həlledici qarşılaşmada meydana çıxıb. 22 yaşlı basketbolçu “All Star”ı 4 xal və 1 ribaundla tamamlayıb.
