“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

ESTAFET/ Misli Premyer Liqasının 24-cü turu çərçivəsində fevralın 21-i saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 30 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

//iticket.az/events/sport/neftci-pfk-sumqayit-fk21/143840

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV