“Qəbələ” darmadağına sevindi, “Karvan” xal itirdi

ESTAFET/ I Liqada 15-ci tura start verilib. İlk gündə 3 oyun baş tutub.
“Cəbrayıl” – “Karvan” matçında qalib müəyyənləşməyib. “Qəbələ” səfərdə MOİK-ə, “İmişli” isə evdə “Zaqatala”ya qalib gəlib.
1-ci Liqa
15-ci tur
19 fevral 2025
“Cəbrayıl” – “Karvan” 1:1
Qollar: Elşad Əliyev, 90+6-pen - Emil Qasımov, 77.
MOİK – “Qəbələ” 0:4
Qollar: Elşad Tağıyev, 20. Oçe Oçoveçi, 59; 76. Domi Massumo, 74.
“İmişli” – “Zaqatala” 1:0
Qol: Mehdi Tahirov, 35.
