Azərbaycanlı futbolçu Qazaxıstanla oyunun ən yaxşısı seçildi

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tunar Muradov Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində Qazaxıstan yığması ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçilib.
Millimizin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Qrup mərhələsinin 2-ci turunda U-17-nin İran seçməsi (1:0) ilə matçının ən yaxşısı qapıçımız Elbrus Kərimov seçilmişdi.
