HƏFTƏNİN ƏN YAXŞI OYUNÇUSU SEÇİLDİ - AVROLİQADA
ESTAFET/ UEFA Avropa Liqasında qrup mərhələsində baş tutan ilk tur qarşılaşmalarından sonra qitənin ali futbol qurumu rəsmi internet səhifəsində azarkeşlər arasında turun ən yaxşısını müəyyən etmək üçün açıq sorğu təşkil edib.
Keçirilən sorğunun yekununda Buxarest (Rumıniya) "Styaua"sının yarımmüdafiəçisi Konstantin Budesku azarkeşlərin 46 faiz səsini alaraq, ilk turun ən yaxşı oyunçusu seçilib. Xatırladaq ki, Budesku Çexiyanın "Viktoriya" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi.
İlk "üçlük"də Aleksandr Kokorinlə ("Zenit", 23 faiz) Andre Silva ("Milan", 19 faiz) da yer alıblar.