"Kəpəz"in sponsorunun adı bəlli oldu

ESTAFET/ Gəncəlilərin yeni sponsorunun adı bəllidi.
Sports.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik etmiş Adil Məmməd oğlu Vəliyevdir.
Adil Vəliyev 1980-ci ildə Bakıda anadan olub.
Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyib, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.
2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəni bu postda əvəzləyib və 2023-cü ilin sonunacan bu vəzifədə qalıb.
Müxtəlif ölkələrdə biznesi olan iş adamıdır.
Qeyd edək ki, Adil Vəliyev klubun strukturunda rəsmi təmsil olunmayacaq. Amma "Kəpəz"i onun komandası idarə edəcək.
Bu komandada iş adamı Namiq Qədirov, tanımış futbol meneceri Erkin İbrahimov, "Aqrosport" şirkətinin direktoru Fərman Əlizadə və başqaları təmsil olunacaq.
