Əliyevin komandası Albaniya Kubokunun yarımfinalında

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu Albaniya kubokunda yarımfinala yüksəlib.

1/4 finalda "Bilis" kollektivi ilə qarşılaşan Rroqojine təmsilçisi 2:2 hesablı heç-heçəyə razılaşıb.

Komanda ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.

90 dəqiqə meydanda olan Zamiq Əliyev 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Müəllif: Orxan NOVRUZOV