“Qalatasaray”la “Fənərbağça” növbəti mərhələdə

ESTAFET/ Türkiyə kubokunun qrup mərhələsinə yekun vurulub. Son gündə 5 oyun baş tutub.
“Fənərbağça” səfərdə “Qaziantep”ə, “Göztəpə” “Kasımpaşa”ya, “İstanbulspor” isə “Ərzurumspor” qalib gəlib. Bu nəticələrdən sonra “Fənərbağça” qrup birincisi, “Göztəpə” isə ikinci yerlə pley-offa çıxıb.
C qrupunun sonuncu iki oyununda isə qapılara qol vurulmayıb. Nəticədə “Konyaspor” vahid lider olub, “Qalatasaray” da ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə Kuboku
Qrup mərhələsinin 3-cü turu
27 fevral 2025
B qrupu
Qaziantep – Fənərbağça 1:4
Qollar: Husiç 75 : Taliska, 17, 27, En Nesiri 23, Kostiç 83.
Kasımpaşa – Göztəpə 0:5
Qollar: J.Santos 13, Matsuki 38, 46, K.Kanatsızkuş 50, Sanqare 74.
Ərzurumspor – İstanbulspor 0:3
Qollar: E.Gültəkin 65, Y.Özer 69, 88.
Xallar: Fənərbağça – 9. Göztəpə – 3. İstanbulspor – 6. Qaziantep – 3. Ərzurumspor – 0. Kasımpaşa – 0.
C qrupu
Eyüpspor – Başakşəhər 0:0
Qalatasaray – Konyaspor 0:0
Xallar: Konyaspor – 7. Qalatasaray – 5. Başakşəhər – 5. Çorum 3. Boluspor – 0.
