Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

ESTAFET/ Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.
Yarımfinalda "Neftçi" İdman Klubunu 6:3 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" həlledici mərhələyə yüksəlib.
Digər yarımfinal oyununda isə Birinci Liqanın lideri PFL U-19 kollektivini 4:0 hesabı ilə üstələyib.
"Araz-Naxçıvan" və PFL kollektivləri arasındakı final qarşılaşması iyunun 5-də keçiriləcək.
