Salah Premyer Liqa rekordunu təkrarladı

ESTAFET/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz rekordunu təkrarlayıb.
32 yaşlı hücumçu buna "Nyukasl"a qalib gəldikləri (2:0) 27-ci turun oyununda məhsuldar ötürmə verməklə nail olub.
Misirli forvard cari mövsüm 42 qolun vurulmasında (25 qol, 17 assist) yaxından iştirak edib.
Daha əvvəl Salahın çempionatdakı ən yaxşı nəticəsi 2017/2018 mövsümündə qeydə alınmışdı. O, həmin vaxt 32 qol və 10 assistlə yadda qalmışdı.
Salah cari mövsüm bütün yarışlarda 39 matçda 30 qol və 22 məhsuldar ötürmənin müəllifi olub.
