“İdman həftəsi” çərçivəsində diplomatik nümayəndəliklər arasında "Fibonacci" yarışı keçirildi

Martın 3-də Gənclər və İdman Nazirliyi tərəfindən “İdman həftəsi” çərçivəsində səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında "Fibonacci" intellektual yarışı keçirilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan yarışa qaydalar başa salındıqdan sonra start verilib. Yekun nəticələrə əsasən, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi birinci olub. Macarıstanın Azərbaycandakı səfirliyi yarışı ikinci, İsrailin Azərbaycandakı səfirliyi isə üçüncü pillədə başa vurublar.
