Fərid Qayıbov və Roy Beyker Azərbaycanda kikboksinqin inkişafına dair fikirlərini bölüşdülər

Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib.

Qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycanda kikboksinq idman növünün inkişafı istiqamətində görülən işlər, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, WAKO vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Səlim Kayıcı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və digər şəxslər də iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV