Tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub

“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş müxtəlif silsilə tədbirlər davam edir. Martın 7-də tələbələr arasında keçirilən stolüstü tennis yarışına yekun vurulub.
Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Bakı Dövlət Universitetinin komandası birinci yeri tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan İdman Akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər. Kişilər arasında AİA birinci olub. Bakı Ali Neft Məktəbinin komandası yarışı ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.
