Azərbaycan taekvondoçuları Niderland çempionatında parlaq nəticə göstərdi

Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatının ikinci günündə milli komandamızın üzvləri yeniyetmələr arasında yüksək nəticə əldə ediblər. İdmançılarımız 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanaraq uğurla çıxış ediblər.
Təmsilçilərimizdən Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) qızıl medallara sahib olublar. Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq) və Gülnaz Abdullayeva (59 kq) gümüş medalla kifayətləniblər. Bürünc medalları isə Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) əldə ediblər.
Qeyd edək ki, Niderland çempionatında milli komandamızın uğurlu çıxışı gələcək beynəlxalq turnirlər üçün böyük motivasiya yaradıb.
