Lyuis Hemilton Çin Qran-prisinin sprint yarışında qalib oldu

Formula-1 üzrə dünya çempionatının ikinci mərhələsi – Çin Qran-prisinin sprint yarışında “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton qələbə qazanıb.

Şanxayda keçirilən sprint yarışında ikinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen tutub.

Qeyd edək ki, Formula-1-də sprint yarışları 2021-ci ildən keçirilir və qalib pilot çempionatın ümumi hesabına 8 xal əlavə edir. Hemilton sprint yarışında ilk dəfə qalib gəlib və bu uğura imza atan ilk "Ferrari" pilotu olub.

40 yaşlı Lyuis Hemilton Formula-1-in yeddiqat çempionudur. O, bu mövsüm “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. Daha əvvəl 2007-2012-ci illərdə “McLaren”, 2013-2023-cü illərdə isə “Mercedes” komandasında çıxış edib.

Çin Qran-prisinin sıralama turu şənbə günü Bakı vaxtı ilə saat 11:00-da, əsas yarış isə bazar günü eyni saatda start götürəcək.

Müəllif: Natiq NƏSİROV