Millinin futbolçuları meydana şəhid övladları ilə çıxıblar

Azərbaycanın qabaqcıl banklarından olan “Bank Respublika”, AFFA və YAŞAT Fondunun birgə təşəbbüsü ilə Azərbaycan və Belarus milli komandaları arasında “Bank Respublika Arena”da keçirilən yoldaşlıq oyununa futbolçularla birlikdə çıxan uşaqların əksəriyyəti şəhid övladları olub. Uşaqlar xüsusi hazırlanmış formada meydana daxil olublar.

Müəllif: Bəhruz MƏMMƏDOV