4 BOKSÇUMUZ MÜBARİZƏNİ DAYANDIRDI: YAÇ-2017

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi başlayıb. Yığmamız qitə birinciliyinə tam heyətlə qoşulmuşdu. Artıq ilk döyüş günü arxada qalıb və təəssüf ki, yeniyetmə boksçularımız ümidləri tam doğrultmur.

 

Belə ki, ilk yarış günü mübarizəyə qoşulan 5 boksçumuzdan yalnız biri - 46 kq çəki dərəcəsində Maqsud Xasmetov rinqi qələbə ilə tərk edib. O italiyalı Paolo di Françeskonu 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu gün Maqsud axşam seansında irlandiya Jud Qallagerlə döyüşəcək.

 

Digər boksçularımız Əzrək Bəbirov (52 kq, Əlzamin Səlimov (54 kq), Elşən Cəbizadə (57 kq) və Rüfət Nəbiyev (66 kq) müvafiq olaraq, erməni Artur Şahakyan, ukraynalı Aleksandr Hreçanyuk, gürcü Bakur Çikovani və alman Delil Dadayevlə döyüşdən məğlub ayrılaraq mübarizəni dayandırıblar.