Azərbaycan klubları avrokubok oyunlarını Bolqarıstanda keçirəcək

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub.

Matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq. ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda “Aznur” təmsil edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı”dır.

Müəllif: Bəhruz MƏMMƏDOV