İki şahmatçı Serbiyaya yollanır

Aprelin 4-14-ü aralığında Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib.

Rapid və blits üzrə keçirilən yarışda şahmatçılar Paşam Əlizadə və Məryəm Ağaverdiyeva mübarizə aparacaq. Şahmatçılar səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, gimnaziadada şahmat üzrə rapid yarışları aprelin 6-8-i aralığında, blits oyunları isə aprelin 10-da baş tutacaq.

Müəllif: Natiq NƏSİROV