Gənc cüdoçular Polşada birinci oldu

ESTAFET/ Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku başa çatıb.

İkinci yarış günündə milli komandamız hesabına 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala sahib çıxıblar.

Yarışın ilk günündə gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıblar.

Ümumilikdə 7 medal qazanan gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.

Müəllif: Natiq NƏSİROV