Badminton millimizdən gün ərizndə 3 məğlubiyyət - Gimnaziada

ESTAFET/ U-15 Dünya Məktəb Oyunları – Gimnaziadada badminton üzrə qarışıq komandamız mübarizə apardığı D qrupunda hər 3 görüşü məğlub olub.

Komandamız ilk olaraq Bolqarıstanla qarşılaşıb və 59:75 hesabı ilə uduzub.

İkinci görüşündə Çin Makausunun B komandasına 63:75 hesabı ilə məğlub olan komandamızın qrupdan çıxmayacağı dəqiqləşib.

Qrupun son qarşılaşmasında Çinə 15:75 hesablı ağır məğlubiyyət qeydə alınıb.

Aprelin 7-sində millimiz 13-16-cı yerlər üşün ilk olaraq Uqanda ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV