Poznanda Gənclər arasında Avropa Kubokuna möhtəşəm start

ESTAFET/ Polşanın Poznan şəhərində gənclər arasında Avropa Kuboku başlayıb. İlk yarış günündə cüdoçularımızın qazancı 2 qızıl və 2 bürünc medal olub.

60 kq çəki dərəcəsinə tatamiyə çıxan Fərid Qarayev və 66 kq çəkidə mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb. Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda komandamız 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb

Müəllif: Natiq NƏSİROV