Zlatiborda ISF U15 Gimnaziadasının açılışı keçirildi

Aprelin 5-də Serbiyanın Zlatibor şəhərində ISF U15 Gimnaziada İdman Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Azərbaycan bayrağını yunan-Roma güləşçimiz, Avropa çempionu Qurban Məcnunov və boksçumuz, qitə birinciliyinin mükafatçısı Kəmalə Həsənova daşıyıblar.

Tədbirdə Serbiyanın gənclər və idman naziri Zoran Qayiç, Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Youssef Belqasmi və Serbiya Məktəb İdmanı Federasiyasının prezidenti Zelijko Tanaskoviç və digər rəsmi şəxslər çıxış ediblər.

Azərbaycan komandası adından Gənclər və İdman Nazirliyinin əməkdaşı Nailə Xanlarova feyr-pleylə bağlı çıxış edərək idmançılarımızın ədalətli və mehriban şəkildə mübarizə aparacağına söz verib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV