ÇEXLƏR SÜRPRİZ EDƏCƏKLƏRİNƏ İNANIRLAR
ESTAFET/ Zdenek Pommer, Çexiya millisinin baş məşqçisi: "Birinci dəfədir ki, Azərbaycandayam. Təşkilatçılıqla bağlı hər şey qaydasındadır. Düzdür, çox ağır və uzun səfər gerçəkləşdirdik. Amma indi yaxşı vəziyyətdəyik. Çox çətin qrupa düşmüşük. Komandaların oyun günlərində hansı durumda olmasından çox şey asılıdır. Biz sürpriz edə bilərik".
Aneta Havliçkova, Çexiya millisinin kapitanı: "Azərbaycanda çox yaxşı günlərim keçib. Yenidən ölkənizdə olduğum üçün şadam. Ancaq bu Gəncəyə ilk səfərimdir. Hər şey yaxşıdır. Buranı o qədər də gəzməyə vaxtımız olmayıb. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan çox yaxşı oynadı. Həmin səviyyədə çıxış etsə, komandanız yüksək yerlərdən birini tuta bilər. Ümid edirəm ki, mübarizəni Bakıda davam etdirə biləcəyik. Ancaq qrupda qalsaq, komandamla birgə Bakını görmədən vətənimizə qayıtmağa məcburam".