Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımızdan parlaq uğur!

9 aprel tarixində baş tutan döyüş növü üzrə qarşılaşmalarda yeniyetmələrdən ibarət milli komandamız möhtəşəm nəticə göstərərək 9 qızıl və 1 gümüş medal qazanıb!

Fidan Muxtarzadə (29 kq)

Tapdıq Quluzadə (33 kq)

Musa Süleymanlı (37 kq)

İnci Oruczadə (37 kq)

Ədiş Cəlilov (49 kq)

Elmir Səlimov (53 kq)

Eda Eren (55 kq)

Rəsul Cavadzadə (61 kq)

Fuad Həsənov (+65 kq)

Elmira Bayrak (41 kq) isə gümüş medalla kifayətlənib.

Ümumi nəticə ilə taekvondo üzrə milli komandamız:

10 Qızıl

3 Gümüş

3 Bürünc

Bu uğur Azərbaycan taekvondosunun gənc nəslinin gücünü bir daha nümayiş etdirdi. İdmançılarımızı və onların əzmkarlığını alqışlayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV