Yeniyetmə taekvondoçularımızdan Serbiyada möhtəşəm medal yağışı - 13 qızıl, 3 gümüş, 3 bürünc!

Serbiyanın ev sahibliyi etdiyi ISF U15 Gimnaziada İdman Oyunlarında yeniyetmələrdən ibarət Azərbaycan taekvondo millisinin üzvləri möhtəşəm nəticə göstəriblər.
Aprelin 8-i və 9-da keçirilən taekvondo yarışlarında gənc idmançılarımız ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Bu uğurlar Azərbaycan taekvondo tarixində daha bir parlaq səhifə kimi qeyd olunur.
Qazanılan medallardan 10 qızıl, 3 gümüş və 3 bürünc döyüş proqramı üzrə, 3 qızıl isə pumse proqramı üzrə əldə olunub.
Yüksək səviyyəli çıxışları ilə diqqət çəkən yeniyetmələrimiz, bir daha Azərbaycanın idman potensialını beynəlxalq arenada nümayiş etdiriblər.
