Azərbaycan çempionatında qadın voleybolçular arasında XIX turun oyunları keçirilib

Bu gün Yüksək Liqada XIX turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub.
İlk olaraq Gəncə İdman Sarayında UNEC və “Gəncə” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Gəncə” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “AZERRAIL” - “Abşeron”la, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəliblər. “Abşeron” klubu “AZERRAIL”i 3:0, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası”nı 3:2 hesabları ilə məğlub ediblər.
Oyunların nəticələri
Yüksək Liqa
9 aprel
XIX TUR
UNEC - “Gəncə” 0:3 (17:25, 14:25, 19:25)
“AZERRAIL” - “Abşeron” 0:3 (21:25, 15:25, 16:25)
“Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” 3:2 (25:21, 16:25, 27:25, 18:25, 15:12)
